“İmişli” baş tutmayan yoxlama oyunu ilə bağlı bəyanat yaydı

“İmişli” “Şamaxı” ilə baş tutmayan yoxlama matçı ilə bağlı bəyanat yayıb.

Futbolpress.az xəbər verir ki, klubun sosial şəbəkə vasitəsilə etdiyi paylaşımda bunlar qeyd olunub:

“9 avqust 2025-ci il tarixində “Şamaxı” Futbol Klubu ilə keçirilməsi planlaşdırılan yoxlama oyunu baş tutmayacaq. Klubumuz qarşılaşmanın təbii ot örtüyünə malik meydançada keçirilməsi məqsədilə oyunun Bakıda təşkili ilə bağlı “Şamaxı” FK-ya rəsmi təklif təqdim edib.

Təəssüf ki, qarşılıqlı razılaşma əldə olunmadığından yoxlama oyununun keçirilməsi mümkün olmayacaq.

Qeyd edək ki, İmişli PFK hazırlıq prosesini təsdiqlənmiş plana uyğun şəkildə davam etdirir. Qarşıdakı bütün görüşlərlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir