“Nəticə qazanmaq üçün döyüşmək lazımdır” – Demçenko

Misli Premyer Liqasının XXV turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Fasilədən əvvəlki 2 oyunda məqsədimiz 6 xal toplamaq idi. Buna nail olduq. Komandamı təbrik edirəm. Birinci hissədə qol epizodlarımız oldu, oyuna nəzarət edirdik. Bu, o deməkdir ki, artıq komandada nəsə var. İkinci hissənin sonlarında isə o qədər də yaxşı təsir bağışlamadıq. Rəqib uzun toplarla oynamağa başladı və bizdə problemlər üzə çıxdı. Oyun heç-heçə ola bilərdi. Komandam müdafiədə yaxşı oynadı. Rəqibi yüz faizli imkanlardan yararlanmağa qoymadılar. Bu gün iki tam fərqli hissə gördük. Birinci hissədə daha yaxşı idik. İkinci yarının ortalarından etibarən isə rəqib üstünlüyü ələ aldı. Bəzən bu cür oyunlar oynamalısan. Nəticə qazanmaq üçün döyüşmək lazımdır.

– Qarşıda milli fasilə olacaq. Necə dəyərləndirəcəksiniz?
– Futbolçulara 3-4 gün istirahət verəcəyik. Bundan sonra isə hazırlaşmaq üçün vaxtımız olacaq. Qarşıda bizi “Sabah” və “Neftçi” ilə çətin oyunlar gözləyir. Planımızda yoxlama oyunu keçirmək də var.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir