“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
“Qəbələ” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.