“Turan Tovuz” yarımfinalda, “Sabah” hesabı açdı – YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Kəpəz” Yevlaxda “Turan Tovuz”la qarşılaşıb. Görüş tovuzluların qələbəsiylə başa çatıb. “Turan Tovuz” iki oyunda da rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Digər matçda “Sabah” “Qəbələ”nin qonağı olacaq. İlk matçda qolsuz bərabərlik qeydə alınıb.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları

5 mart

14:30 Kəpəz – Turan Tovuz 0:2
Qollar:
Jorje Silva, 13, Hurtado, 51
İlk oyun 0:1
Yevlax şəhər stadionu

18:00 Qəbələ – Sabah 0:1
Qol:
Puxaç, 31
İlk oyun 0:0
Qəbələ şəhər stadionu

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir