Ronaldo evlənir?

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes yeni toy şayiələri dalğasına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun sevgilisi sosial şəbəkədə barmağında üzüklə göründüyü son fotoları ilə diqqət çəkib. Bundan əlavə, foto və videolarda genişmiqyaslı tədbirə hazırlıqdan xəbər verən bir neçə detalı da görmək olar.

Ronaldo və Corcina doqquz ildir birlikdədirlər və beş uşaq böyüdürlər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir