Tanınmış futbolçu “Əl-Nəsr”dən ayrılmaq istəyir

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun klubunu dəyişməsi gündəmdədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropaya qayıtmaq istəyir.

31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində o, komandanın heyətində 69 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Laportun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir