“Qarabağ”ın oyunu üçün biletlər satışa çıxacaq

Premyer Liqanın XVIII turu çərçivəsində keçiriləcək “Turan Tovuz” ilə oyunun biletləri bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 17:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

 

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir