“Hamımız Messinin qalmasını istəyirik”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın əsas oyunçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.

Daha əvvəl mətbuatda 38 yaşlı hücumçunun ABŞ klubu ilə müqaviləsini 3 il müddətinə uzadacağı barədə məlumatlar yayılmışdı.

Komanda.az xəbər verir ki, argentinalı çalışdırıcı “Goal” nəşrinə açıqlamasında belə deyib:

“Hamımız onun klubda qalmasını istəyirik. Hazırda danışıqlar gedir. Razılıq əldə olunsa, bu barədə klub rəsmi açıqlama verəcək”.

Messi “İnter Mayami”yə 2023-cü ilin yayında qoşulub. O, bu mövsüm bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin sonuna qədərdir.

Argentinalı futbolçu ilə yeni müqavilə imzalanarsa, o, karyerasını ən azı 41 yaşına qədər ABŞ-da davam etdirə bilər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir