“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq matçla bağlı bunları deyib:
“Hər məyusedici nəticə yenidən səs-küyə səbəb olacaq. Mövsümün əvvəlində məğlubiyyətlər olanda bunu gözləmək normaldır. Belə klubda uğursuz nəticələrdən sonra bu səs-küyü susdurmaq mümkün deyil.
Müdafiədə problemlərimiz var. Sabah yalnız Vircil Van Dayk mərkəz müdafiəçisi kimi heyətdə olacaq. Məcburiyyətdən yarımmüdafiəçini də müdafiədə oynatmalıyıq.
Çempionlar Liqasının Liqa mərhələsini ilk “dördlük”də bitirməyi planlaşdırırıq. “Qarabağ”a qarşı yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik”.
