“Qarabağ” avrokuboklarda buna qədər 10 dəfə Almaniya komandaları ilə qarşılaşıb və hələ qələbə qazana bilməyib.
Futbolpress.az xəbər verir ki, “atlılar” ilk dəfə 2010-cu ildə Avropa Liqasında Dortmund “Borussiya”sı ilə iki dəfə qarşılaşıb və uduzub.
“Qarabağ”ın almanlara qarşı duelləri:
2010: Qarabağ – Borussiya Dortmund 0:1, 0:4
2013: Qarabağ – Ayntraxt 0:2, 1:2
2022: Qarabağ – Frayburq 1:1, 1:2
2023/24 Qarabağ – Bayer 1:5, 0:1, 2:2, 2:3.
“Qarabağ” bu gün Çempionlar Liqasında “Ayntraxt”ı qəbul edəcək. Matç saat 21:45-də başlayacaq.
