
Mərakeş milli komandasının sabiq baş məşqçisi Erve Renar Afrika Millətlər kubokunun finalında Seneqal yığması ilə oyunda hücumçu Brahim Diasın yerinə yetirdiyi “panenka” zərbəsini kəskin tənqid edib.
Komanda.az xəbər verir ki, mütəxəssis “sport.es”-ə açıqlamasında Diasın hərəkətini qəbuledilməz adlandırıb:
“Diasın “panenka”sı? Futbolçu 11 metrlik zərbəni qaçıra bilər, amma bu halda onun belə vurmasına heç bir bəraət yoxdur. Bu, bütün ölkəyə və azarkeşlərə hörmətsizlikdir”.
Final qarşılaşması Mərakeş yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Klub səviyyəsində “Real”da çıxış edən Brahim Diasın 26 yaşı var. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
