Çempionlar Liqası matçından əvvəl “Real”da çoxlu itkilər var

“Real” UEFA Çempionlar Liqasında növbəti oyununa hazırlaşır. Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda sabah doğma meydanda “Monako”nu qəbul edəcək.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, bu gün keçirilən məşqi “Real”ın beş futbolçusu buraxıb.

Bunlar Trent Aleksander-Arnold, Eder Militao, Antonio Rüdiger, Ferlan Mendi və Brahim Diasdır. Adı çəkilən futbolçulardan Dias bir gün əvvəl Afrika Millətlər Kubokunun finalında iştirak edib, qalan oyunçular isə sağlamlıq problemləri ilə üzləşiblər.

Bununla yanaşı, hücumçu Rodriqonun məşqlərə qayıtması komanda üçün sevindirici xəbər olub. Braziliyalı futbolçunun “Monako” ilə oyunda meydana çıxmaq şansı var.

“Real” – “Monako” qarşılaşması sabah saat 00:00-da start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir