“Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdu, ola da bilməz” – sözlərini deyən Yuri Vernidub səhvdir.
“Neftçi” onun vətəni deyil ki, rusiyalılara qarşı buradan iddialı danışsın. Daha təfsil desək, rusiyalıları da yox, rusları nəzərdə tutur. Bu isə şovinizmdir; vətəni Rusiya ilə müharibədə olsa belə…
Ola bilər, “Neftçi” danışıq masasında vəziyyəti nəzərə alaraq, bu mövzuda “centlmen razılaşma” edib. Bu halda da Vernidubun belə danışması qəbulolunan deyil…
Həm də bu hal ukraynalı mütəxəssisin bura gəldiyi qısa müddətdə ikinci dəfədi olur.
İkinci dəfə qeyd edək, “Neftçi” Vernidubun vətənpərvərlik hisslərinin nümayiş etməli olduğu səhnə deyil və buna həm onun, həm də klubun diqqət etməsi lazımdır.
Kamil Əhməd
