Mane qalmaqallı oyun haqda: “Bunu dünyadakı bütün insanlar üçün etdim”

Seneqal millisinin hücumçusu Sadio Mane Afrika Millətlər Kubokunun finalında, Mərakeş yığması ilə oyunda qalmaqallı hakim qərarından sonra komanda yoldaşlarını yenidən meydana qayıtmağa niyə razı saldığını açıqlayıb.

Oyunun baş hakimi əlavə vaxtda Seneqalın qapısına mübahisəli penalti təyin edib. Bu qərardan sonra baş məşqçi etiraz əlaməti olaraq futbolçuları meydandan çıxarıb. Ancaq məhz Sadio Manenin müdaxiləsindən sonra komanda oyunu davam etdirmək üçün geri qayıdıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, seneqallı futbolçu qərarının səbəbini belə izah edib:

“Hakimlər də insandır və səhv edə bilərlər, onları mühakimə etmək düzgün olmaz. Ən əsası isə bunu dünyadakı bütün insanlar üçün etdim – onlar oyunu sona qədər izləmək istəyirdilər”.

Seneqal millisinin meydana qayıdışından sonra Mərakeşin futbolçusu Brahim Dias penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bir neçə dəqiqə sonra isə Seneqal həlledici qolu vuraraq, qələbəni təmin edib və Afrika Millətlər Kubokunun qalibi olub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir