Braziliyalı futbolçunun “Neftçi”yə keçidi alınmadı

Kiprin “Etnikos” klubunun futbolçusu Breno Almeydanın “Neftçi”yə keçidi baş tutmayıb.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, bir müddətdir, klublar arasında davam edən danışıqlar müsbət sonlanmayıb. “Neftçi” Almeydanın transferi üçün kiprlilərlə anlaşmayıb.

Braziliyalı vinger bu mövsüm “Etnikos”da 14 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun “Transfermarkt” portalında dəyəri 400 min avrodur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir