Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu

Afrika Millətlər Kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Kasablankada baş tutan həlledici görüşdə Misir və Nigeriya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyən etmək üçün təyin olunan penaltilər seriyasında isə Nigeriya millisi rəqibindən üstün olub – 4:2.

Misir yığmasının kapitanı Məhəmməd Salah penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və komandasını məyus edib.

Yarımfinal mərhələsində Nigeriya Mərakeşə, Misir isə Seneqala məğlub olmuşdu. Turnirə yanvarın 18-də yekun vurulacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir