U-21 “Səbail”i məğlub etdi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-21 millimiz I Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. “Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Eyubovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubuna qarşı keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir