Antalyada təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, “qartallar” əvvəlcə Ukraynanın “Oleksandriya” komandası ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matç “Zirə”nin məğlubiyyəti ilə başa çatıb – 2:3.
Azərbaycan klubunun qollarını Ceyhun Nuriyev və Yeqor Boqomolski vurub.
“Zirə” bu gün ikinci oyunda Çexiyanın “Bohemians” kollektivi ilə qarşılaşıb. Bu matç da rəqibin qələbəsiylə başa çatıb – 3:1. Azərbaycan təmsilçisini yeganə qolunu Ruan Renato vurub.
“Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çiksereda” komandası ilə heç-heçə edib – 3:3.
