UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Frankfurt” (Almaniya) oyununun biletləri 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.
Futbolpress.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 AZN, VIP sektorlar 200, 250, 300 və 400 AZN, VVIP sektorlar 1000 AZN-dir.
Yanvarın 21-də keçiriləcək matça saat 21:45-də start veriləcək.
