UEFA Ukrayna klubunu cəzalandırıb

Ukraynanın “Aleksandriya” klubu azarkeşlərinin irqçi davranışlarına görə UEFA tərəfindən cəzalandırılıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klub 20 min avro məbləğində cərimələnib.

Bundan əlavə, “Aleksandriya” növbəti UEFA turnirindəki ev oyununda stadionun bir hissəsinin bağlanması ilə də cəzalandırılıb. Bu sanksiya şərtidir və iki illik sınaq müddəti ilə tətbiq olunub.

İnsident Konfrans Liqasında, “Partizan”la keçirilən qarşılaşma zamanı baş verib. Oyunda ukraynalı azarkeşlər serblərə qarşı zorakılıq çağırışları səsləndiriblər. “Partizan” bu oyunlarda rəqibi üzərində asanlıqla üstünlük qazanıb – iki matçın cəmində 6:0.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir