Azərbaycanın yeni FIFA referisi Tural Qurbanov UEFA-nın hakimlər üçün kursuna qatılacaq.
Bu barədə UEFA hakimlərinin fiziki hazırlıq üzrə baş məşqçisi, professor Verner Helsen “Futbolpress.az“a açıqlamasında bildirdi:
“Yaxında, konkret, yanvarın sonunda UEFA tərəfindən Kiprdə kurs təşkil olunacaq. Tural Qurbanov da orada iştirak edəcək. Biz də Kiprə gedib onu diqqətdə saxlayacağıq”.
Qeyd edək ki, 25 yaşlı Qurbanov 2026-cı ildən FİFA referisi statusuna yiyələnib.
“FutbolPress”
(Antalya)
