“Qarabağ” bir gündə iki oyun keçirəcək

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Qarabağ” yanvarın 16-da iki yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “atlılar” əvvəlcə Xorvatiyanın “Osiyek”, daha sonra Polşanın “Zaqlebie” komandası ilə üz-üzə gələcək.

Görüşlər müvafiq olaraq 12:00 və 19:00-da olacaq.

“Qarabağ” Antalyadakı ilk yoxlama oyununda “Neftçi”ni (Özbəkistan) məğlub edib – 5:0.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir