Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, “atlılar” Özbəkistanın “Neftçi” komandası ilə qarşılaşıb. Görüş “Qarabağ”ın böyükhesablı qələbəsiylə başa çatıb – 5:0.
Qolları Joni Montiel, Marko Yankoviç (2), Nəriman Axundzadə və Leandro Andrade vurub.
