“Qarabağ” Türkiyəyə yollandı

“Qarabağ” mövsümün ikinci dövrəsinə hazırlığın növbəti mərhələsi üçün Türkiyəyə yollanıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanov və komandası Antalyaya yola düşüb.

“Qarabağ” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da məskunlaşacaq.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir