Demçenko: “Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq”

“Araz-Naxçıvan” yoxlama oyununda əvəzedici komandasına 7:0 hesabıyla qalib gəlib.

Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Andrey Demçenko matçı belə şərh edib:

“Əvəzedici komandaya təşəkkür edirəm, çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq.

Zədəli futbolçularımız var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onların düzgün bərpa olunmağı və mümkün qədər tez vaxtda komandaya qoşulmağı lazımdı”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir