“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “sport.ua” saytına açıqlamasında hədəflərindən və həmyerlisi Yuri Vernidubun “Neftçi” ilə qarşılaşmanı səbirsizliklə gözlədiyindən danışıb:
“General olmağı arzulamayan əsgər, pis əsgərdir. Yuri Vernidub peşəkarlığını ən yüksək səviyyədə sübut etmiş bir mütəxəssisdir. Onun Çempionlar Liqasında “Real”ı üzərindəki qələbəsini xatırlatmaq kifayətdir ki, söhbətin hansı miqyaslı məşqçidən getdiyi anlaşılsın. Belə təcrübəli bir həmkarıma və onun komandasına qarşı rəqabət aparmaq hər zaman maraqlıdır. Oyunu səbirsizliklə gözləyirəm”.
