Neymar “Santos”la müqavilənin müddətini uzadıb

“Santos” hücumçusu Neymarla müqavilənin müddətinin uzadıldığını rəsmən açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilin sonunadək qüvvədə olacaq. Braziliyalı futbolçunun əvvəlki sözləşməsi isə dekabrın 31-də başa çatmışdı.

Neymar 2025-ci ilin yanvarında “Santos”a geri qayıtmışdı. Hazırda 33 yaşında olan hücumçu ötən mövsüm komandanın Braziliya A Seriyasında qalmasında mühüm rol oynayıb. Xüsusilə, mövsümün taleyüklü son oyunlarında, zədəli olmasına baxmayaraq, liderlik və yüksək performans nümayiş etdirərək diqqət çəkib.

Mövsüm başa çatdıqdan sonra Neymar dizindən əməliyyat olunub. Onun bərpa müddəti ilə bağlı dəqiq tarixlər hələlik açıqlanmayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir