Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Motor”la məşqlərə başlayıb.
Futbolpress.az xəbər verir ki, forvard Lublin təmsilçisinin qış toplanışına qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Motor” yanvarın 10-dan Belekdə (Türkiyə) hazırlığa başlayacaq. Renatın bu toplanışda olub-olmayacağı dəqiqləşməyib.
Daha əvvəl Polşa klubunun Renatı satışa çıxardığı bildirilib.
Dadaşov bu mövsüm Ekstraklasada 11 oyuna çıxıb.
