“Zirə”nin futbolçusu Rikardo Martinesin formasını geyindiyi Mozambik millisi Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda 1/8 finalda Nigeriyaya darmadağın olub – 0:4.
Rikardo görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.
Nigeriya 1/4 finala yüksəlib, Mozambik isə turnirlə vidalaşıb.
