“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli oyunçu Aysu Elveren ilə müqavilə imzalanıb.
21 yaşlı voleybolçunun son klubu Kosova təmsilçisi “Gjinoci” olub. A.Elveren daha əvvəl ölkəsinin “Çanaqqala Bələdiyəspor”, “Ortakçı Orhaniyespor”, “Bahçelievler Belediyesi” və “Vakıfbank” komandalarının şərəfini qoruyub.
