“Qarabağ”ın futbolçusunu istəyən kluba qadağa

Braziliyanın “Botafoqo” klubuna transfer qadağası qoyulub.

Futbolpress.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb. Klub yarımmüdafiəçi Tyaqo Almadanın transferi zamanı MLS təmsilçisi “Atlanta”ya ödənişləri vaxtında etmədiyi üçün cəzalanıb. “Botafoqo” borcunu ödəyəcəyi halda, qadağa aradan qalxacaq.

Braziliya klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə maraqlanır. Klub iki təklif göndərsə də, Azərbaycan təmsilçisi rədd cavabı verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir