“Neftçi” qış hazırlıq dönəmində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “prosport.kz” saytı məlumat yayıb.
Təlim-məşq toplanışını Əbu-Dabidə keçirəcək “Kayrat” “Neftçi”yə qarşı yoxlama oyununda qüvvəsini sınayacaq. Matçın vaxtı hələ açıqlanmayıb.
