Dünyanın ən yaxşı stadionu odur – Kroosa görə

“Real”ın sabiq futbolçusu Toni Kroos Madridin “Santyaqo Bernabeu” və Münhenin “Alyans Arena” stadionları arasında seçim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu bunu söyləyib:

“Santyaqo Bernabeu”, yoxsa “Alyans Arena?” “Santyaqo Bernabeu” dünyanın ən yaxşı stadionudur”.

Sabiq yarımmüdafiəçi karyerasına 7 il əsas heyətdə oynadığı “Bayern”də başlayıb. O, 2014-cü ildə isə 10 il sonra karyerasını başa vurduğu “Real”a keçib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir