Albaniya superkubokunun qalibi məlum olub.
Komanda.az xəbər verir ki, titul uğrunda həlledici matçda “Eqnatiya” “Dinamo” (Tirana) ilə üz-üzə gəlib.
Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” bu matçda uduzub. “Dinamo” 3:1 hesabı ilə qalib gələrək, superkubokun sahibi olub.
Azərbaycan millisində də oynamış Əliyevin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
The post Azərbaycanlı futbolçunun komandası superkubok matçında uduzdu appeared first on Komanda.az.
