
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos karyerasında hansı matçı inanılmaz hesab etdiyi sualını cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu bunu deyib:
“Mən 2017-ci ildə, “Yuventus”a qarşı UEFA Çempionlar Liqasının finalında 4:1 hesabı ilə qalib gəldiyimiz oyunu deyərdim”.
“Real” və “Yuventus” arasında 2016/17 mövsümündə, Çempionlar Liqasının final oyununda Madrid klubunun qollarını Kriştiano Ronaldo, Kazemiro və Marko Asensio vurub. Turin klubunun yeganə qoluna isə Mario Mancukiç imza atmışdı.
