“Neftçi”nin futbolçusu oynadı, “Sumqayıt”ın legioneri kənarda qaldı

Afrika Millətlər Kubokunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Sessi D Almeyda və “Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Muminin formasını geyindiyi Benin yığması növbəti matçına çıxıb. Sözügedən komanda Botsvanadan üstün olub – 1:0.

Sessi görüşə start heyətdə başlayıb və 54-cü dəqiqədə əvəzlənib. Mumini isə bu matçda iştirak etməyib.

Benin yığması D qrupnda 3 xalla üçüncü sıradadır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir