
“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan “Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeşin “Spartak”a transferi ehtimalına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türk mütəxəssis bunu söyləyib:
“Əvvəla, Jedson Fernandeş çox yaxşı futbolçudur. Bunu “Qalatasaray”da birlikdə oynadığımız üçün bilirəm. Ona yeni komandasında uğurlar arzulayıram”.
Portuqaliyalı futbolçu artıq bir gün əvvəl Moskvaya gəlib. “Spartak”ın Fernandeş üçün sabit məbləğ olaraq 20 milyon avro və daha 5 milyon avro bonus ödəyəcəyi iddia edilib və yarımmüdafiəçinin özü də Rusiya klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.
Arda Turan və Fernandeş 2021-ci ilin fevralından iyul ayına kimi “Qalatasaray”da birgə çıxış edib.