Braziliyanın daha iki klubu Bikalyo ilə maraqlanır

Braziliyanın daha iki klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, “Botafoqo”dan sonra “İnternasional” və “Kruzeyro”da oyunçunu transfer etmək istəyən klubların siyahısına düşüb. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Bikalyo ölkəsinə qayıtmağa müsbət yanaşır. Klublar “Qarabağ”la razılığa gələ bilmir. Azərbaycan təmsilçisi oyunçunu yaxşı məbləğ qarşılığında satmaq niyyətindədir.

Daha əvvəl Bikalyo ilə “Botafoqo”, “Sivasspor” və “Braqa”nın da maraqlandığı bildirilib.

23 yaşlı futbolçu bu mövsüm 28 oyunda 2 məhsuldar ötürmə edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir