“Qarabağ” bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Şelburn”u qəbul edib. Görüş Azərbaycan çempionunun qələbəsiylə başa çatıb – 1:0.
“Qarabağ” ilk matçda İrlandiyada rəqibini 3:0 hesabıyla məğlub edib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
20:00 Qarabağ – Şelburn (İrlandiya) 1:0
Qol: Martin, 43 (avtoqol)
İlk oyun 3:0