
Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselo futbolçu karyerasındakı ən çətin qarşılaşmanı xatırlayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə “Under The Goalposts” podkastında danışıb:
“2010-cu ildə “Barselona” ilə oyun, “Kamp Nou”da 0:5 hesabı ilə uduzduq. Sanki meydana bağlı gözlərlə çıxmışdıq. Meydanda topu görmürdük. O vaxt bizə qarşı Lionel Messi, Xavi Hernandes, Andreas İnyesta, Pedro oynayırdı. Pedro həmin dövrdə həqiqətən çox güclü idi”.
Marselo 2007–2022-ci illər arasında “Real”ın formasını geyinib. Onun karyerasında həmçinin, Braziliyanın “Fluminense” və Yunanıstanın “Olimpiakos” klubları da yer alıb.
