
“Barselona”nın cinah oyunçusu Markus Reşford UEFA Çempionlar Liqasında “Ayntraxt”a (Frankfurt) qarşı oyunda (2:1) Jül Kundenin dublu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunu deyib:
“Sadəcə qol şansları yaratmağa çalışırdım, xoşbəxtlikdən Kunde cərimə meydançasında qaldı. Oyundan əvvəl bunu məşq etdik. Kundenin dublundan sonra onun üçün çox xoşbəxtəm. Bu, fantastikdir”.
İngiltərəli futbolçu ikinci hissənin əvvəlində meydana meydana daxil olub və 50-ci dəqiqədə Kundeyə qol ötürməsi verib. Bir az sonra fransalı futbolçu ikinci qolunu vuraraq, Kataloniya klubuna 3 xal qazandırıb.
“Barselona”nın Çempionlar Liqasının 6 oyunundan sonra 10 xalı var.
