
“Real” UEFA Çempionlar Liqasının 6-cı turunda “Santyaqo Bernabeu”da “Mançester Siti”ni qəbul edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qarşıdakı oyun barədə fikirlərini bölüşüb. İspaniyalı mütəxəssis bu stadionun özlərini göstərmək üçün mükəmməl məkan olduğunu bildirib:
“Komandada çoxlu yeni oyunçular var və onların bəziləri hələ “Santyaqo Bernabeu”da oynamayıb. Bu stadion özünüzü göstərmək üçün mükəmməl məkandır. Burada hər kəs səviyyəsini nümayiş etdirə bilər”.
“Real” – “Mançester Siti” qarşılaşması bu gün, saat 00:00-da start götürəcək.
