Sabiq futbolçu Messi ilə Ronaldonu başqalarına nümunə göstərdi

“Real”ın sabiq oyunçusu Quti, Kriştiano Ronaldo və Lionel Messinin böyüklüyündən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı keçmiş yarımmüdafiəçi bunu deyib:

“On yaxşı oyun keçirə bilərsiz, amma ən vacib anda yoxa çıxsaz, bu, heç nə demək deyil. Ronaldo və Messi ilə bağlı vəziyyət belə deyil, onlar həmişə uğurlu olublar. Kilian Mbappe, Lamin Yamal və bu ikisinə yaxınlaşmaq istəyən digər futbolçulara məhz bu lazımdır”.

Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Messi isə ABŞ-ın “İnter Mayami” klubunda oynayır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir