“Qarabağ”la oyundan əvvəl qələbə qazandılar

“Qarabağın Çempionlar Liqasındakı rəqibi “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Fortuna” ilə qarşılaşıb. Matç “Ayaks”ın qələbəsiylə başa çatıb – 3:1.

“Ayaks” çempionatda 15 turdan sonra 26 xalla 3-cü sıradadır. Amsterdam təmsilçisi lider PSV-dən 14 xal geridədir.

“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir