Venger: “İngiltərə dünya çempionatının favoritlərindən olacaq”

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə millisini 2026-cı il dünya çempionatının favoritləri sırasında görür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis İngiltərə millisinin mundialın favoritlərindən olacağını bildirib:

“Mənim fikrimcə, İngiltərə dünya çempionatının favoritlərindən olacaq. Onlar həmişə qalibiyyətə yaxındırlar. 1/4 final, yarımfinal və finalda oynayıblar. Onlar növbəti addımı atmalıdır və bunun üçün bütün keyfiyyətlərə malikdirlər”.

DÇ-2026 Şimali Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirin son qalibi isə 2022-ci il finalında Fransanı penaltilərlə məğlub edən Argentina millisidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir