Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” Polşa çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Lublin təmsilçisi XVIII turda “Arka” ilə səfərdə üz-üzə gəlib. Matç “Motor”un məğlubiyyəti ilə başa çatıb – 0:1.
Dadaşov görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
“Motor” 18 turdan sonra 20 xalla 16-cı sıradadır.
