“Maradona layiq olduğu sevgidən məhrum olaraq, tək öldü“

“Yuventus”un sabiq qapıçısı Stefano Takkoni mərhum futbolçu Dieqo Maradona ilə qarşılaşdığı oyunları xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun tək ölməsinə görə kədərləndiyini deyib:

“O, layiq olduğu sevgidən məhrum olaraq, tək öldü. Ola bilsin ki, karyerası və həyatı boyunca layiq olduğu şeyləri yaşadı. Amma əlbəttə ki, heç kim belə kədərli bir ölümə layiq deyil”.

Maradona İtaliyada, “Napoli”nin heyətində ən yaxşı qollarından bəzilərini italiyalı qolkiperə qarşı oyunlarda vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir