
“İnter Mayami”nin hücumçusu Lionel Messi komanda yoldaşları Jordi Alba və Serxio Busketsin vida matçının qələbəylə başa çatacağına ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bunu deyib:
“Karyeraları qələbə ilə başa çatsaydı, çox gözəl olardı. Mükəmməl vida və əvvəllər qazandıqları hər şeyə əlavə etmək üçün daha bir nailiyyət. Ümid edirəm ki, Alba və Buskets futboldan yaxşı əhval-ruhiyyədə və kubokla ayrılacaqlar. Bu, hamımız üçün çox gözəl olardı”.
Komanda şənbə günü MLS-in pley-off finalında “Vankuver”lə qarşılaşacaq. Bu matç mövsümün sonunda karyerasını sonlandıracaq hər iki futbolçu üçün sonuncu olacaq.
