“Fransa millisi dünya çempionatının kubokuna əsas namizəddir”

2026-cı ilin yayında milli komandalar arasında keçiriləcək dünya çempionatına az vaxt qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”ın fransalı sabiq baş məşqçisi Arsen Venger mundialın əsas favoritini açıqlayıb:

“Turnirin ən böyük iddiaçısı Fransa millisidir. Onlar kuboka əsas namizəddir. Bu komandanın bir çox dünya səviyyəli futbolçusu var. Hücum xətti xüsusilə güclüdür. Bu amil mundialda ciddi rol oynayacaq”.

DÇ-2026 Şimali Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirin son qalibi isə 2022-ci il finalında Fransanı penaltilərlə məğlub edən Argentina millisidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir