“Qarabağ”ın sabiq hücumçusu Braziliya çempionu oldu

“Flamenqo” Braziliya A Seriyasının 37-ci turunda öz meydanında “Seara” üzərində 1:0 hesablı qələbə qazanaraq, ölkə çempionluğunu vaxtından əvvəl təmin edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi bununla da tarixində doqquzuncu dəfə Braziliya çempionu olub.

“Flamenqo” cari mövsümdə 37 oyunda 78 xal toplayıb. Komandanın ən yaxın izləyicisi ilə xal fərqi 5-dir və bu üstünlüyü son turda aradan qaldırmaq mümkün deyil.

“Flamenqo” çempionatın son turunda, dekabrın 7-də səfərdə “Mirasol”la qarşılaşacaq.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo “Flamenqo”da çıxış edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir